“Pensiya yaşını artırmağa ehtiyac yoxdur”- Sahib Məmmədov

“Pensiya yaşını artırmağa ehtiyac yoxdur”- Sahib Məmmədov

Müəllif: Redaktor

Editor

pensiya“Əmək pensiyaları haqqında” qanuna əlavə və dəyişikliklər layihəsi hazırlanıb. Layihəyə əsasən, bütün peşələr üzrə pensiya həddi üzrə tələb olunan iş stajı artırılır.

Dövlət qulluqçuları üçün hazırda qüvvədə olan 15 təqvim ilinin 20 təqvim ilinə, hərbi qulluqçular üçün hazırda qüvvədə olan 20 təqvim ilinin 25 ilə, prokurorlar üçün 25 təqvim ilinin 35 ilə, o cümlədən digər peşələr üçün də tələb olunan staj ilinin müvafiq olaraq 5 il qaldırılması layihədə əksini tapıb.

Məsələ ilə bağlı Yeniçağ.az-a münasibət bildirən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov deyib ki, belə yaş pensiyasının artırılması məsələsi hələ söz-söhbət səviyyəsindədir. Sahib Məmmədov ile ilgili görsel sonucuOnun sözlərinə görə, bu fikri hansısa deputat səsləndiribsə, o demək deyil ki, belə bir islahat olacaq: “Konstitusiyanın 96-cı maddəsi ilə deputatın hüququ var ki, qanunvericilik təşəbbüsü ilə çıxış eləsin. Deputat istənilən layihə, o cümlədən, qanunvericilik təşəbbüsü ilə çıxış edə bilər. İndidən yaş pensiyasının artırılması ilə bağlı ciddi münasibət bildirməyə ehtiyac yoxdur. Hesab edirəm ki, ümumi ömür və orta yaş göstəricisini nəzərə alsaq, Azərbaycanda pensiya yaşı kifayət qədər yüksəkdir. Pensiya yaşını artırmağa ehtiyac yoxdur”.

 

BƏXTİYAR
Yeniçağ.az

Cəmiyyət, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti