www.sinerjipro.net

SinerjiProWide
Reklam

ABŞ-ın rəhbərlik etdiyi İŞİD-ə qarşı koalisiyanın sözçüsü polkovnik Con Dorrian İraq və Suriyanın şimalında PKK terror təşkilatının varlığından xəbərdar olduqlarını bildirib.

Yeniçağ.Az-ın “APA”-ya istinadən məlumatına görə, Türkiyə Silahlı Qüvvələrinin İraq və Suriya ərazisində PKK terror təşkilatının hədəflərini vurmasından danışan polkovnik bildirib ki, Türkiyə onları hava hücumu ilə bağlı son anda məlumatlandırıb.

Bu səbəbdən müttəfiq qüvvələri bölgədən çıxarmağa vaxt qalmayıb: “Hücuma bir saatdan da az qalmış məlumat verildi. Bu, yetərli vaxt deyil. İŞİD-ə qarşı koalisiya ortağı və bir müttəfiqdən gözlənilən koordinasiya yox, sadəcə məlumatlandırma idi”.

Con Dorrian deyib ki, ABŞ əsgərləri Suriyada vurulan hədəflərin 10 kilometrliyində olublar və Pentaqonun hava hücumlarının nə vaxt və hara ediləcəyindən xəbəri olmayıb. Amerikalı hərbçi onu da əlavə edib ki, PKK bir terror təşkilatıdır və mövcud olduğu hər yer üçün problemdir.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri İraq və Suriyada kürd terror təşkilatlarının hədəflərinə hava zərbələri endirib. Bombardman nəticəsində 70-də çox terrorçunun məhv edildiyi bildirilir.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 23
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."