www.sinerjipro.net

SinerjiProWide
Reklam

71377Amerika Birləşmiş Ştatlarında ötən gün 11 sentyabr hadisələrinin ildönümü qeyd edilib. Faciənin baş verdiyi Nyu-York şəhərində 11 sentyanbr Memorial Muzeyi ilə yanaşı, Pentaqonda da anım mərasimləri keçirilib.

11 sentyabr hadisələri zamanı 125 işçisini itirən Pentaqonda nəhəng bayraq endirilib. Buradakı mərasimə Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama da qatılıb. Ağ Evdə faciə qurbanlarının xatirəsini 1 dəqiqəlik sükutla yad etdikdən sonra Pentaqona gələn Obama ənənəvi 11 sentyabr çıxışını da burada edib.

“Amerika səhərinin sükutunun pozulmasından artıq 13 il ötür. Pentaqonda işləyən 125 nəfər də daxil olmaqla, 3000-ə yaxın insanın həyatının əlindən alınmasından düz 13 il ötür. Onların bizimlə birlikdə keçirə biləcəyi 13 il də ötdü. Onların xatirəsinin yad edildiyi 13 il. Bu gün biz bir daha onların xatirəsini yad edirik. Onları əbədiyyən sevən ailələri və həlak olan Pentaqon işçilərinin göstərdiyi nümunədən ilhamlanan xalq onları yad edir”, – deyə Obama bildirib.

Vaşinqton və Nyu-Yorkla yanaşı, Pensilvaniya ştatının Şanksville şəhərində də 11 sentyabr qurbanlarının xatirəsi yad edilib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 27
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."