Yazı İçi 468×60

unnamedNaimi Amiral: “Qeyri-amerikalı olmağın ABŞ ordusunda yüksək rütbəyə çatmağa hər hansı maneəçiliyi yoxdur”

Xaricdəki soydaşlarımızın müxtəlif vəzifələrdə çalışması və böyük uğurlar qazanması, həqiqətən, qürurverici faktdır. Cünki onlar belə layiqli fəaliyyəti ilə vətənimizi təmsil edirlər və bu uğurları bütün xalqımız adınadır. Amerikadakı həmyerlimiz Nəimi Əmiral (Jonh Naimi Amiral) da belə fəxr ediləsi soydaşlarımızdandır.

Qeyd edək ki, N.Amiral əslən Naxçıvanın Babək rayonunun Nehrəm kəndindəndir. O uzun müddət ABŞ-da yaşayıb və Amerikanın dəniz qoşunlarının zabitidir. ABŞ-ın Respublikaçılar Partiyasının nümayəndəsi olan Naimi Amiral ABŞ tarixində ilk azərbaycanlı olaraq Virciniya Əyalət Məclisinə daxil olmağa ən uğurlu namizədlərdən olub. O, bu il ABŞ-ın Rumıniyada istifadəyə verilən Ballistik Raketlərə Qarşı Müdafiə Sistemi hərbi bazasında xarici əlaqələr bürosunun direktoru vəzifəsinə təyin olunub. Hazırda Vətəndə olan soydaşımızla bir qrup jurnalist və diaspor üzvü ilə görüşüb maraqlı fikir mübadiləsi etdik. Diaspor Jurnalistləri Birliyi tərəfindən təşkil olunan bu görüş çox yadda qalan və təəssüratlı oldu. N.Amiral deyir ki, Bakıya hər il gəlir: “Bakı çox gözəldir. Hər il gələndə inkişaf hiss olunur. Yeni binalar, şəhərin əsrarəngiz görünüşü insanı valeh edir. Hər dəfə Vətənə gələndə Bakı öz yeni görkəmi ilə məni heyran edir”.

Onun sözlərinə görə, qeyri-amerikalı olmağın ABŞ ordusunda yüksək rütbəyə çatmağa hər hansı maneəçiliyi yoxdur. Yeni vəzifəsinin çətin olmadığını deyən soydaşımız işinin öhdəsindən layiqlə gəldiyini vurğuladı. O, Virciniya Əyalət Məclisinə keçirilən seçkilərdə iştirakından da danışdı: “2009-cu il seçkilərində Virciniya Əyalət Məclisinə namizəd olarkən Vaşinqton şəhərinin ən müstəsna yerlərindən biri olan Metropolitan Squarede (Ağ evin yanında) Amerikada xüsusi diqqət çəkən bir dəstək mitinqi təşkil etdik. Vaşinqtondakı Azərbaycan və türk diasporundan ibarət nümayişçilər mənə hərtərəfli dəstək verdilər. Mən 3 noyabr 2009 seçkilərində Virciniya Əyalət Məclisinə namizədlər sırasında ən uğurlu namizədlərdən idim. Rəqibim seçkiləri az bir fərqlə uddu. Onu Virciniyada daha çox tanıyırlar. Çünki həm orada böyüyüb, həm də həyat yoldaşı oranın baş hakimidir”. N.Amiral 20 ilə yaxın xaricdə yaşamasına baxmayaraq, dilimizi, adət-ənənəmizi heç zaman unutmadığını dedi: “Adətən türk zabitləri ilə görüşəndə öz dilimizdə danışıram. Hətta bir dəfə Pentaqonda türk zabiti ilə belə danışanda təəccübdən çantası əlindən düşdü… Mənim övladım həm Azərbaycan, həm də ingilis dilində danışa bilir. Çalışıram ki, türk dünyasının liderlərinə qarşı onda sevgi aşılayım. Xüsusən xaricdəki uşaqlarımızın doğma dilimizi bilməsi çox önəmlidir. Lakin biz bu düşüncədə ikən, Azərbaycanda elə ailələr var ki, uşaqları Azərbaycan dilində danışa bilmirlər. Bu, məni çox narahat edir. Təyyarədə gələndə AZAL-ın işçilərinin bizimlə rusca danışmasına çox təəccübləndik. Maraqlıdır ki, təyyarədə Bakı yəhudiləri də var idi. Onların Azərbaycan dilini unutmamasına sevinməmək olmurdu. Bizimlə Azərbaycan dilində danışır, milli kinolarımıza baxır, milli musiqimizi dinləyirdilər”.

5941_1053274194716387_5172611292241022655_n.jpg görüntüleniyor

11220852_913206558723152_4971970485767008601_n.jpg görüntüleniyor

13754464_1138902099486929_2601287992048898751_n.jpg görüntüleniyor

DJB-nin Mətbuat xidməti

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 18
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."