!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Pərvin Abıyeva pulu haradan alır? - VİDEO

!Reklam – Yazi

Cazibədar aktrisa Pərvin Abıyeva gündəmdən düşmür.

Yenicag.az xəbər verir ki, bu dəfə o, “instagram” hesabında canlı yayım edərkən diqqətləri üzərinə çəkib.

Məsələ burasındadır ki, Abıyevanın etdiyi canlı yayıma qoşulan izləyicilərindən biri aktrisadan sponsorunun kim olmasını soruşub. O isə cavabında “Sponsorumun barmağı girsin sənin gözünə” deyib. Daha sonra Abıyeva sponsorunun olmadığını bildirib.

Qeyd edək ki, adıçəkilən aktrisa daha çox sənəti ilə yox, yaşadığı dəbdəbəli həyat tərzi ilə gündəmə gəlir. O, hazırda “Porsche Cayenne” markalı avtomobil idarə edir ki, bu maşının da qiyməti 90 min manata bərabərdir. Abıyevanın özü də bir müddət əvvəl Yenicag.az-a açıqlamasında bunu təsdiqləmişdi.

Nəzərə alaq ki, Azərbaycanda çəkilən seriallar və kinolar üçün aktyor və aktisalara elə də yüksək qonararlar verilmir. Belə olan halda isə Pərvin Abıyeva ünvanlanan bu tip suallar aktrisa üçün təəccüb doğurmamalıdır.

Yenicag.az

www.yenicag.az

2139
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv