www.sinerjipro.net

SinerjiProWide
Reklam

Aktrisa Pərvin Abıyevanın avtomobili cərimə meydançasına yerləşdirilib.

Yenicag.az xəbər verir ki, 99 EP 333 dövlət qeydiyyat nişanlı “Porşche” markalı avtomobil hərəkətdə olarkən üzərinə qoyulan həbslə bağlı Nəsimi rayonu ərazisində Yol Patrul Xidmətinin (YPX) əməkdaşları tərəfindən saxlanılıb. YPX əməkdaşları həmin avtomobili idarə edənin vətəndaş Pərvin Abıyevanın olduğunu müəyyən edib və ona avtomobilin cərimə meydançasına aparılmalı olması barədə xəbərdarlıq edib. Lakin aktrisa bu qərarla razılaşmayıb.

Buna baxmayaraq qanuna müvafiq olaraq avtomobil evakutor vasitəsilə cərimə meydançasına yerləşdirilib. Müəyyən edilib ki, “Porsche” markalı avtomobil siğortalanmayıb. Bundan əlavə, bir neçə məbləği ödənilməyən cərimənin olduğu aşkarlanıb.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 2526
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.