Yazı İçi 468×60

dmitripeskov“ABŞ-la demək olar ki, bütün sahələrdə dialoqlarımız dayandırılmış vəziyyətdədir. Bir-birimizlə əlaqə saxlamırıq, əlaqə qurmalı olanda isə bunu minimal səviyyədə edirik”.

Yeniçağ.Az türk mətbuatına istinadən xəbər verir ki, bu sözləri Rusiya Federasiyasi Prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib. O, bu vəziyyətin yaranmasında özlərinin günahkar olmadığını diqqətə çatdırıb. Mətbuat katibi bildirib ki, Donald Trampdan daha yaxşı münasibət gözləyirik:

“Trampın hakimiyyəti dövründə münasibətlərin birdən-birə daha yaxşı olacağını düşünmürük. Lakin ümid edirik ki, yeni prezident münasibətlərin yaxşılaşması üçün daha pozitiv addımlar atacaq.”

ABŞ Xarici İşlər Nazirliyinin mətbuat katibi Con Kirbi, Peskovun Mir telekanalına verdiyi bu açıqlamaya münasibət bildirib:

“Onun bu sözlərlə nəyi nəzərdə tutduğunu anlamaq çətindir. Ancaq bir çox məsələdə Rusiya ilə diplomatik əlaqələrimiz mövcuddur. Bəzi məsələlərdə ciddi düşüncə fərqliliyimizin olduğunu bilirik, amma dialoqlara bir fasilə verilməmişdir”.

Həmçinin, Kirbi jurnalistlərə çərşənbə axşamı Con Kerri və Sergey Lavrovun telefon vasitəsilə Suriyadakı vəziyyəti müzakirə etdiyini də xatırladıb.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 17
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."