Peskov: “Yerüstü əməliyyatlar olmadan İŞİD-ə qalib gəlmək mümkün deyil”

Peskov: “Yerüstü əməliyyatlar olmadan İŞİD-ə qalib gəlmək mümkün deyil”

Müəllif: Redaktor

Editor

7ba60353c3dde9ebcefd2bbd0315010f“Uğurlu yerüstü əməliyyatlar aparılmadan İŞİD-ə qalib gəlmək mümkün deyil”.

APA-nın  verdiyi xəbərə görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov BBC-nin “Hard Talk” proqramına müsahibəsində bildirib.

D. Peskov qeyd edib ki, Rusiyanın məqsədi Suriya ordusunun mövqelərini möhkəmləndirməkdir.

“Yəqin hərbi ekspertlər də mənimlə razılaşarlar. Aylarla, illərlə terrorçuların mövqelərinə qarşı hava  əməliyyatları keçirə bilərik, lakin uğurlu yerüstü əməliyyatlar olmadan bunlar heç əhəmiyyətli nəticə verməyəcək”, – deyə o vurğulayıb.

D. Peskov həmçinin diqqətə çatdırıb ki, yalnız terrorizm üzərində qələbədən sonra ölkədə siyasi tənzimləmə barədə düşünmək olar.

“Dəməşqin itirilməsi təhlükəsi olduğu bir vaxtda biz siyasi tənzimləmə barədə danışa bilmərik. Dəməşqin terrorçuların əlinə keçməyəcəyindən əmin ola bilmərik”, – deyə o bildirib.

Bəşərə Əsəd hakimiyyətinin gələcəyinə münasibət bildirən D. Peskov onun taleyini ancaq Suriya  xalqının müəyyən edə biləcəyini vurğulayıb: “Nə Paris, nə London, nə Vaşinqton, nə də Moskvanın Suriyada kimin prezident ola biləcəyi barədə fikir yürütməyə haqqı yoxdur”.

Xəbərlər

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti