Petek Dinçöz ana oldu-Foto

Müəllif: Redaktor

Editor

56628_17kawwavwnÖtən il Serkan Kodaloğlu ilə ailə quran müğənni Petek Dinçöz ana olub.

İfaçı bu barədə xəstəxanda həyat yoldaşı və yeni doğulan oğlu ilə çəkilən fotosunu sosial şəbəkədə paylaşaraq xəbər verib. Uşağının üzünü gizlədən Petek onun üçün dua edən hər kəsə təşəkkür edib:

“Hamıya dualarına və gözəl diləklərinə görə təşəkkür edirəm. Həm kədərimizi, həm də sevincimizi paylaşdığınız üçün. Yaxşı ki, varsınız”.

Qeyd edək ki, ötən gün qayınatası rəhmətə gedən P.Dinçöz daha əvvəlki açıqlamalarında övladına İrfan adını qoyacaqlarını demişdi. Həkimlərin riskli hamiləlik və doğuş xəbərdarlığına baxmayaraq, Petek ana olmağa qərar vermişdi.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır