!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Peterburqda atışma: gürcülər və azərbaycanlılar saxlanıldı

!Reklam – Yazi

145676_res_01Peterburqun ətrafında üç qarətçi, içində 3,1 milyon rubl olan çantanı cütlükdən almaq üçün ər-arvada atəş açıb.

Bu barədə RİA Novosti-yə Rusiyanın şimal paytaxtının hüquq-mühafizə orqanlarında olan mənbə bildirib.

Hücum bir neçə gün əvvəl baş verib, KİV-ə isə hadisə barədə yalnız bu gün məlum olub. Hücum edən şəxslər saxlanılıb.

“Növbətçi hissəyə müraciət edən şəxs Peterburqun Moskva rayonundakı mübadilə məntəqəsində 3,1 milyon rubl pul alıb, bundan sonra arvadı ilə bərabər “Chevrolet Cruze” avtomobilinə əyləşərək evə yola düşüblər”, – mənbə bildirib.

Evin yanında cütlüyə qara geyimli üç naməlum şəxs hücum edib: odlu silahdan üç dəfə atəş açaraq cütlüyün əlindən çantanı alıblar, amma uzağa gedə bilməyiblər.

“İsti izlərlə qeydiyyatı olmayan – Gürcüstan və Azərbaycan vətəndaşları olan üç şübhəli şəxs saxlanılıb.

Onlardan biri əvəllər fırıldaqçılğa görə məhkum edilib. İstintaq davam edir”, – mənbə bildirib.

www.yenicag.az

632
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv