Peterburqda azərbaycanlıların kütləvi bazar davası, 1 nəfər öldürüldü

Müəllif: Redaktor

Editor

147644_res_01Bu gün günorta saatlarında Rusiyanın Sankt-Peterburq şəhərindəki Sofiysk meyvə-tərəvəz bazasında kütləvi dava baş verib.

Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, davada 1 Azərbaycan vətəndaşı öldürülüb, onun güllə yarası aldığı bildirilir.

Davada 200-ə yaxın adam iştirak edib, şahidlər silah səslərinin eşidildiyini deyirlər. Polis atəş açan şəxsi saxlayıb. Azərbaycan vətəndaşının borca görə öldürüldüyü deyilir. Hazırda münaqişə lokallaşdırılıb, hadisə yerində polis işləyir. Bildirilir ki, dava iki azərbaycanlı qruplaşması arasında baş verib. İsmayılov və Hüseynov familiyalı iki azərbaycanlı borca görə dalaşıblar və dava böyüyüb. Bazara OMON yeridilib, onlarla azərbaycanlı saxlanılıb.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır