www.sinerjipro.net

SinerjiProWide
Reklam

SOCAR-ın Türkiyədəki törəməsi “SOCAR Turkey Energy A.Ş.”-nin tabeliyində fəaliyyət göstərən STAR neft emalı zavodu və “Petkim Petrokimya Holding A.Ş.”-nin işçiləri etiraz aksiyası keçirir.

Yeniçağ.Az APA-ya istinadən xəbər verir ki, aksiyaya səbəb STAR-ın işçilərinin “Petkim”ə transfer olunması ilə bağlı rəhbərliyin verdiyi qərardır. Ötən günün ikinci yarısında tətil elan edən işçilər, bu gün səhər saatlarından etibarən şirkətlərinin önündə aksiya keçirir. Aksiyadan öncə rəhbərliyə ciddi xəbərdarlıq ünvanlayaraq verilən qərarın ləğv olunması tələb olunub.

KİV yazır ki, etiraz aksiyası dinc şəraitdə keçir.

Etiraz aksiyasının iştirakçıları bildirir ki, “SOCAR Turkey Energy” bu qərarla həmkarlar ittifaqının fəaliyyətinin dayandırılmasına səbəb olmaq niyyətindədir.

Aksiya iştirakçılarının yerli mətbuata verdiyi məlumata əsasən, “SOCAR Turkey Energy” 132 işçini STAR-dan “Petkim”ə transfer etmək niyyətindədir: “Həmin işçilər iş yerini dəyişmək istəmədiyi halda işdən azad olunacağı ilə hədələnib. Zavod rəhbərliyi bildirib ki, qoyulan şərtlərə qane olmayanların əmək müqavilələrinə aprelin 12-də xitam veriləcək”.

Mətbuat həmçinin yazır ki, etiraz aksiyasından sonra yerli aidiyyəti qurumlar şirçət rəhbərliyi ilə danışıqlara başlayıb. Hələlik qurum rəsmiləri danışıqların nəticələrini açıqlamayıb, lakin yaxın vaxtda aksiya iştirakçılarına bu barədə məlumat veriləcək.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 49
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."