!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Petkim”də aparılan əməliyyatlarda 11 nəfər saxlanılıb(Yenilənib)

!Reklam – Yazi

скачанные файлы (1)“Petkim Petrokimya Holding A.Ş.”-yə məxsus olan və İzmir şəhərinin Aliağa adlanan ərazisində yerləşən bir neçə obyektdə Türkiyənin hüquq-mühafizə orqanlarının keçirdiyi xüsusi əməliyyat nəticəsində 11 nəfər saxlanılıb.

“APA-Economics” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, məhkəmə aralarında “Petkim”in vəzifəli şəxslərinin də olduğu 31 nəfərin həbsinə dair qərar çıxarıb. Onlardan 11 nəfəri daha əvvəl İstanbul və Manisa şəhərlərində saxlanılıb.

***

Türkiyədə 15 iyul hərbi çevriliş cəhdindən sonra başlayan nəhəng əməliyyatlar davam edir.

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, İzmir polis idarəsinin əməkdaşları tərəfindən Aliağa rayonunda yerləşən SOCAR “Petkim Petrokimya Holding A.Ş.”da əməliyyat aparılıb. Əməliyyat çərçivəsində barəsində saxlanma qərarı olan 31 nəfərdən 16-sı tutulub. Onların keçmiş baş direktor Saadettin Korkuta yaxın şəxslər olduğu bildirilir.

Saxlanılanlar arasında insan resursları şöbəsinin müdiri Raqif Fərəcov, şöbənin baş direktor müavini Məhəmməd Altay Özgür, satış departamenti əməkdaşları Ökkeş Tufanturan və İbrahim Aydın da var.

Satın alma, marketinq başda olmaqla bir çox müəssisədə istifadə edilən kompüterlər müsadirə olunub. Polis 1, 2, 3 kimi yerləşən Petkim Korpusundakı bütün yataqxanalara daxil olub. Xüsusilə işçilərin qaldığı yataqxanalarda ətraflı axtarış aparılıb. İyulun 28-də istefa edən və ardınca saxlanılan SOCAR Petkim baş direktoru Saadettin Korkutun istifadə etdiyi ofis və kompüterlərdə də axtarış aparılıb.

www.yenicag.az

665
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv