“Petkim”də FETÖ əməliyyatı davam edir

Müəllif: Redaktor

Editor

57e0ce2118c77a1af02Türkiyə polisi İzmir şəhərində yerləşən “Petkim” neft-kimya kompleksininin 4 ayrı ünvanında əməliyyat keçirir.

Dövlət çevrilişinə cəhddə günahlandırılan Fəthullah Gülən tərəfdarlarına qarşı əməliyyatlar yerli vaxtla bu gün səhər saat 09:00-da başlayıb və hazırda davam edir.

Qeyd edək ki, bundan öncə Türkiyə polisi 2 dəfə “Petkim”də axtarış aparıb. Axtarışlar nəticəsində 31 nəfər saxlanılsa da, sonradan onlardan 6-sı sərbəst buraxılıb. Həbs olunanlar arasında “Petkim” baş direktoru Sadettin Korkut və rəhbərlikdə təmsil olunan 13 şəxs olub.


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır