“Petkim”in 24 işçisi ölkədən qaçıb

Müəllif: Redaktor

Editor

thumbnail_8bffb9afba44f88627c0d9aedbbc72a9Türkiyədə Fətullahçı Terror Quruplaşmasının (FETÖ) üzvlərinin saxlanılmasına dair əməliyyatlar davam edir.

FETÖ-üzvü olduqlarına görə barələrində həbs qərarı çıxarılan İzmir vilayətində yerləşən “Petkim Petrokimya Holding A.Ş.”-in 24 işçisi istintaqdan yayınıb. Hazırda həmin şəxslərin axtarışları davam edir.

Qeyd edək ki, FETÖ qruplaşmasının üzvlərinin həbs edilməsi üçün bir müddətdir ki, İzmirdəki “Petkim Petrokimya Holding A.Ş.”-də polis tərəfindən əməliyyatlara başalanılıb.

Əməliyyatın ilk günlərdində 61 FETÖ üzvü polis tərəfindən saxlanılıb. Onların arasında “Petkim Petrokimya Holding A.Ş.”-in sabiq rəhbəri Sadəttin Qorqud da var. 15 nəfər isə şərti olaraq azadlığa buraxılıb. Ümumilikdə azadlığa buraxılan holdinq işçilərinin sayının 24 nəfər olduğu bildirilir.

Barələrində həbs qərarı çıxarılan digər 24 holdinq işçisinin isə hələ ki, polis tərəfindən axtarışları davam edir.(azvision)


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır