Peyvənd terroru haqqında DƏHŞƏTLİ FAKTLAR

Müəllif: Redaktor

Editor

55130Müxtəlif ölkələrdə uşaqlara edilən peyvəndlərin ağır fiziki və psixi problemlərə səbəb olması barədə faktların sayı artır. Peyvənd məsələsi bizim ölkəmizdə də mübahisəli məsələlərdən biridir. Məsələ burasındadır ki, bir çox valideynlər övladını peyvənd etdirməkdən imtina edir. Buna səbəb ölkəyə gətirilən peyvəndlərin tərkibinin dəqiq aydın olmaması, bir çox hallarda isə təhlükəli həddə kimyəvi maddələrlə zəngin olmasıdır. İddialara görə ölkəmizə gətirilən bəzi peyvəndlərin tərkibindəki konservant kimi istifadə olunan ağır metallar Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təyin etdiyi normadan dəfələrlə çoxdur.

“Azərbaycanda uşaqlara 10-dan artıq müxtəlif peyvəndlər vurulur”

Azərbaycanda inaktivləşdirilmiş polimelit peyvəndinin tətbiqinə 2016-cı ilin yanvar ayından başlanılacaq. Bu barədə dünən Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva bildirib. Onun sözlərinə görə, hələ ki dünya ölkələrində də bu peyvəndin tətbiqinə başlanılmayıb: “Bu peyvənd Azərbaycanda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyəsinə əsasən həyata keçirləcək. İnaktivləşdirilmiş polimelit peyvəndi, oral polimelit peyvəndinin bir qədər gücləndirilmiş formasıdır. Bu peyvəndin bir dozasının 6 aylıq uşaqlara tətbiqi nəzərdə tutulur”.

Ölkəmizdə uşaqlara vurulan peyvənd cədvəlinə nəzər salaq. Azərbaycan Respublikasının Milli Peyvənd Təqviminə əsasən doğumdan sonra 12 saat ərzində uşağa Hepatit B xəstəliyinə qarşı, 4-7-ci gün BSJ, OPV, Vərəm əleyhinə peyvənd, Poliomielitə qarşı peyvənd, daha sonra OPV B tipli hemofil infeksiyaya, difteriya, göyöskürək, tetanus və hepatit B-yə qarşı kombinəedilmiş peyvənd, QPM, Vit A, Qızılca, parotit və məxmərəyə qarşı peyvənd, AGDT.

“Övladım peyvənddən sonra autizm sindromuna mübtəla oldu”

Valideyn Əhməd Rəhmanov oğlunu peyvənd etdirəndən sonra yaranmış autizm sindromu ilə əlaqədar xeyli araşdırma aparıb. Onun sözlərinə görə, ÜST-ün 16 mart 2010 ildə qəbul olunan protokoluna əsasən, orta və yaşlı insanlara cagır metalların qəbulu qidada çəkinin hər kiloqramına 0.1 mikroqram həddində ziyansız sayılır və nəzərə alsaq ki, hər bir maddə qida ilə daha tez bədəndən xaric olunur nəinki inneksiya vasitəsiylə deməli bədənə yeridələn halda bu daha az olmalıdır: “Belə olduğu halda, əgər yeni doğulan uşağın çəkisi 3-4 kq-sa, deməli, o, gün ərzində 0.3-0,4 mikroqram ağır metal qəbul edə bilər. Ona isə ömrün ilk anlarında peyvəndlə 0.025 mq (və ya 25 mkq, normadan 25-30 dəfə yüksək!) timerasol (civənin orqanik forması) və 0.25-dən 0.4 milliqramadək aliminium vurulur. Ayrı-ayrılıqda bu metalların törətdiyi fəsadlar cox ağır olsa da, elmi araşdırmalar onların bir yerdə göstərdiyi fəsadların bundan da qat-qat çox olduğunu müəyyən edib”.

AKDS peyvəndinə gəlincə isə, valideyn deyir ki, miqdarı 0.5 ml olan bu vaksinin tərkibindəki konservantlar timerasol (0.01%) və alüminiumdur (1.25 mq): “Bu hesablamalardan isə belə anlaşılır ki, AKDS Hepatit B vaksinindən daha yüngül preparatdır. Hepatit B ilə yenidən 25 mq, AKDS ilə təxminən 0.05 mq civə uşaqa vurulur.Bu isə onu göstərir ki, omrünün ilk bir ilində hər bir uşaq normadan umumi hesabla 75-80 dəfə artıq ağır metalı təkcə Hepatit B və AKDS vasitəsiylə qəbul edir. Uşaqlara isə 10-dan artıq peyvənd vurulur”.

Əhməd Rəhmanov deyir ki, poliklinikada vurulan peyvəndlərdən sonra oğlunun qanında ağır metalların miqdarı normadan 16 dəfə çoxdur. Bu da autizm sindromuna səbəb olub: “Eyni ildə uşaqlara qoyulan mantu sınagının tərkibindəki fenol deyilən maddə uşaqlarda agır fəsadlar yarada bilər. Fenol bir necə maddənin kimyəvi birləşməsi kimi gedən prosesin tezləşməsinə xidmət etdiyindən, orqanizmdə olan hər hansı bir problemi daha da qabardır. Bir necə il bundan əvvəl Bakıda mantudan sonra dünyasının dəyişən gəncin də sən demə ürəyində xırda çatlar olduğundan Fenol öz qara əməlini gördü. Avropada artıq 2007-ci ildən Mantu sınağı qadağan olunub və Diaskintestlə əvəz olunub. Bədənə preparat yeridilmədən barmaqdan qan və ya ağızdan tupurcək götürülür kənarda yoxlanılır”.

“Peyvənd vacibdir, amma civənin çox olması ağır fəsadlar yarada bilər”

Respublikamızda sırf bu sahədə mütəxəssis tapıb elmi rəy almaq müşkül məsələdir.

Həkimlərin demək olar ki, hamısı peyvəndlərin vacibliyini bildirir, lakin tərkibini soruşduqda bilmədiklərini deyirlər.

Tibb elmləri doktoru, professor Adil Qeybulla deyir ki, peyvəndin əhəmiyyəti böyükdür və vaksinasiya mütləqdir: “Bəzən deyirlər ki, hepatit B vaksini uşaqlara zərər verir, peyvənd edilən uşaqlar hepatitə yoluxur. Hepatit B sağalmayan xəstəlikdir, bunun üçün uşaqların vaksinasiya edilməsi çox vacibdir. Bütün dünyada eyni yaşda eyni vaksinlər vurulur uşaqlara. Təbiidir ki, bu körpələri qorumaq üçün atılan addımdır”.

Ekspert deyir ki, hər bir vaksin körpəyə vurulmazdan qabaq uşaq fərdi müayinə edilməli, qan dəyərləri müəyyənləşdirilməlidir: “Təəssüflə qeyd edim ki, ölkəmizdə vaksinasiya olunacaq heç bir şəxsin müayinəsi aparılmır, analizlərdən keçmir. Peyvəndin tərkibindəki əlavə elementlərin allergik reaksiyalar yarada biləcəyi də istisna deyil, bəzən ola bilər ki, uşaq peyvənddən sonra ürək xəstəliyinə tutulsun”.

Terapevt-həkim Rizvan Məmmədov da vaksinlərin tərkibindəki konservantların, xüsusilə də civənin miqdarının artıq olması barədə deyilənlərə ehtiyatla yanaşır: “Düzünü desəm, civənin özü azı da, çoxu da insan orqanizmi üçün çox zərərlidir. Yalnız müalicəvi xarakterli olanda və peşəkar tərəfindən fərdi olaraq norma təyin ediləndə qəbul etmək mümkündür”.

Mütəxəssisin fikrincə, burda başqa amillər də ola bilər: “ÜST vaksinlərin tərkibinə qatılan konservant maddələr üçün müəyyən norma təyin etsə də, dərman istehsalçıları bəzən bu normalar çərçivəsindən kənara çıxır. İstəyirlər ki dərman uzun müddət təzə, istifadəyə yararlı qalsın”.

Avropalılar üçün ziyanlı sayılan məhlul başqaları üçün xeyirlidir?

Dunyada 80-ə yaxın elmi işi ilə tanınmış həkim Mark Sirkus yazır: ”Düzdür, ağır metallar peyvəndlərin tərkibində uzun muddətdir ki, istifadə olunur, lakin peyvəndlərlə bağlı əsas problemlər 1992-ci ildən sonra başladı. Bir cox farmokoloji şirkətlər ucuz başa gəlsin deyə vaksinlərin tərkibindəki konservantların miqdarını 2 dəfə artırdı. ÜST buna etiraz etsə də, sonralar Farmakoloji şirkətlərin təziyi altında bu göstəricilərin 3-cü tip ölkələr uçün məsləhətli olduğunu bildirdi. Daha aydın desəm, avropalı üçün ziyanlı sayılan bir məhlul 3-cü dünya ölkələri ücün ziyanlı hesab edilmədi”.

Bütün alimlərin ümumi rəyinə görə, peyvəndlərin tərkibində civənin normadan on dəfələrlə yüksək olması dəhşətli faciələr yarada bilər. Civə insan orqanizmində yığılaraq, onun bütün orqan və toxumalarına təsir göstərir və müxtəlif xəstəliklər yaradır. Ən çox fəsadlar isə sinir sisteminə yetirir. Nəticədə “qoca dəli papaqçı” xəstəliyi, minamat xəstəliyi yaranır və mərkəzi və periferik sinir sistemində ağır dəyişikliklər baş verir.

“Peyvənd insan təbiətinə qarşı doğum evində başlayan terrordur”

Rusiya alimi, BRMK REM-nın üzvü, görkəmli virusoloq Qalina Çervonskaya isə, uşaqlara peyvənd vurulmasının qəti əleyhinədir: “Konkret olaraq, peyvəndlərin insanın immunitet qabiliyyətinin sıfıra endirilməsinə səbəb olduğu aydındır. Yəni, orqanizm bütün xəstəliklərə qapını açıb müdafiəsiz gözləmə mövqeyinə keçirilir. Əgər siz öz uşağınızı peyvənddən heç olmasa 3-5 ilə qədər qoruya bilmisinizsə, o zaman sizə təzim etmək lazımdır. Siz hər bir uşağın fərdi təbii qoruma qüvvələrinin inkişaf etməsinə imkan verəcəksiniz. Lazımsız maddələri bədəninə daxil edərək, uşağınızı şikəst etməyəcəksiniz”.

Mütəxəssis deyir ki, peyvəndlərin tərkibindəki maddələr orqanizmdə ömür boyu qalır və immuniteti məhv etməklə məşğul olur: “Yəni, orqanizm bütün xəstəliklərə qapını açıb müdafiəsiz gözləmə mövqeyinə keçirilir. Əgər BCG-ni doğum evində vursalar, deməli vərəmin mikrobakteriyaları ömürlərinin axırına qədər həmin orqanizmdə məskən salacaqlar. Vərəmin mikrobakteriyaları timusun hüceyrələrini məhv edirlər. Timus isə immun sisteminin bütün hüceyrələrini yaradan ən vacib limfoid orqanlardandır”.

Alim deyir ki, istənilən peyvənd bütün fiziologiyaya, insanın bütün təbiətinə əlavə yükdür: “Biz nə edirik? Yoluxucu xəstəliklə deyil, insan təbiəti ilə mübarizə aparırırq. Bu, peyvəndləmə sistemi- bir uşaq orqanizminə 20 peyvənd-, yoluxucu xəstəlik ilə mübarizə deyil, insan təbiətinə qarşı doğum evində başlayan terrordur”.

Peyvənd terrorundan bəzi dəhşətli faktlar

Qeyd edək ki, Amerikanın Xəstəliklərə Nəzarət Mərkəzi (CDC) tərəfindən aparılan ilkin tədqiqat göstərib ki, HIV vaksini qəbul edən uşaqlarda hemofiliya infeksiyasina yoluxma ehtimalı peyvənd olunmayandan 5 dəfə çoxdur (!).

“New England Journal”da dərc olunan təqqiqatlara görə 5 yaşınadək göy öskürək xəstəliyinə tutulan uşaqların 80% i (!) vaxtı ilə elə bu xəstəliyə qarşı peyvənd olunanlardır.

“Epidemiologiya American Journal”ında nəşr edilən bir araşdırmada AKDS peyvəndi vurulmuş uşaqlar arasında peyvəndin ilk 3-cü günündə ölənlərin sayının peyvənd vurulmayanlardan 8 dəfə (!) cox olduğu ortaya çıxarılıb.

Xəstəliklərdən əlavə, peyvəndin hər hansı bir təbii qidaya qarşı allergiya yaratması faktı da var. Belə ki, bir müddət əvvəl Türkiyədə 3 aylıq uşaqlara edilən peyvənd nəticəsində ana südü əmən uşaqların əksəriyyətinin döşlə qidalanmadan imtina edib, süni qidaya meyillənməsi məlum olub (!).

Hansı hallarda məcburi peyvəndləmə aparılır?

Göründüyü kimi, peyvənd əleyhinə olan faktlar və alimlərin rəyi birmənallıdır. Bu iddialar nə dərəcədə dəqiqdir, bunu birmənalı demək olmaz. Əyər bu gün peyvənd əleyhidarları öz arqumentlərini müxtəlif elmi araşdırmalara əsasən gətirirlərsə, peyvənd tərəfdarları kecən əsrin əvvəllərində icad olunmuş peyvəndlərin xeyrinə gətirdikləri arqumentlər sadəcə “bu xeyirlidir” kimi sözlərdir. Sonda isə hamıya “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında” Azərbaycan Respublikasının Qanunundan bir maddəni nəzərinizə çatdırmaq istəyirəm:

Maddə 5. Epidemik göstərişlərə görə profilaktik peyvəndlər

Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoluxucu xəstəliklərin baş verməsi təhlükəsi olduqda epidemik göstərişlərə görə profilaktik peyvəndlər məcburi aparılır.

Epidemik göstərişlərə görə profilaktik peyvəndlərin aparılma müddəti və qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir(Moderator).


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir