Ads by Google

hightechnic
Ads by Google

unnamed“Qəfildən çıxdı, maşının arxa təkərinə düşdü”

Bakının Binəqədi rayonunda piyadanın ölümünə səbəb olan yol qəzası baş verib.

ARB TV xəbər verir ki, Tennis Akademiyasının yanında yolu keçən 36 yaşlı Ramiz Qiyasovu avtomobil vurub.

Qiyasov ağır bədən xəsarətləri alıb. Sürücünün sərnişini olan qardaşı yaralını xəstəxanaya aparsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Sürücü 29 yaşlı Malik Meybullayev isə polisə təslim olub: “Gülüstan küçəsi ilə gəlirdik. Qəfildən çıxdı. Asta gəlirdim. Möhkəm sürməli yol deyil ora. Saatda 20-nən. Qəfildən çıxdı, maşının arxa təkərinə düşdü. Qardaşım götürdü qoydu maşına, apardı xəstəxanaya”.

Faktla bağlı araşdırma aparılır.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 48
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."