Yazı İçi 468×60

47927Türkiyədə PKK silahlılarının polisə atdığı raket nəticəsində 1 polis şəhid olub, 2 polis yaralanıb.

Yenicag.az anspress-ə istiandən xəbər verir ki, hadisə Diyarbəkir vilayətinin Sur rayonundakı Həsirli məhəlləsində baş verib.

PKK terrorçularının qazdığı xəndəkləri doldurmaq üçün türk polis qüvvələri ərazidə “Şəfəq” adlı əməliyyat təşkil ediblər. Xəndəklər doldurulan zaman PKK terrorçuları əraziyə raket atıb. Hadisə nəticəsində 1 türk polisi dünyasını dəyişib, biri ağır olmaqla iki türk polisi də yaralanıb.

Şəhid polis və yaralılar əraziyə cəlb edilən təcili yardım maşınları vasitəsi ilə xəstəxanalara çatdırılıb.

Xəstəxanaya çatdırılan polislərdən birinin də vəziyyəti ağır olduğu bildirilir.

Türk jandarması vətəndaşların əraziyə giriş və çıxışına qadağa qoyub. Hazırda əməliyyatlar davam etdirilir.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 21
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."