www.sinerjipro.net

SinerjiProWide
Reklam

99491Azərbaycanın Türkiyədəki səfirliyi bu ölkədə naməlum silahlı şəxslər tərəfindən içərisində Azərbaycan vətəndaşlarının olduğu deyilən sərnişin avtobusunun saxlanması ilə bağlı məlumatı araşdırır.

Diplomatik missiyadan verilən məlumata görə, səfirlik Azərbaycan Qars şəhərindəki Baş konsulluğu ilə birgə Türkiyənin hüquq-mühafizə orqanlarından bu məlumatı yoxlayır.

Xatırladaq ki, ötən gecə PKK terrorçularının Türkiyədə Qars-Ərzurum-İqdır magistral yolunu bağlayaraq girov götürdüyü 70 nəfər arasında azərbaycanlıların olduğu haqda məlumat yayılıb. Bu barədə xəbəri ans press-ə Türkiyədə təhsil alan Sənan Musayev adlı tələbə vermişdi.

Onun sözlərinə görə, 70 nəfər arasında 30-a yaxın azərbaycanlı olub: “Avtobusda olanlar Ərzuruma müalicə məqsədi ilə gediblər. Avtobusda olanlar arasında mənim qardaşım Səbri də var. PKK üzvləri onların əlindən sənədləri və pulları alandan sonra buraxıblar. Hazırda sənədsiz qalan şəxslər Azərbaycan tərəfə keçə bilmirlər”.

***

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Azərbaycanın səfirliyinin və Qarsdakı Baş konsulluğunun Türkiyə hüquq-mühafizə orqanlarından aldığı məlumata əsasən, hadisə İğdır və Qars arasındakı Kağızman rayonu ərazisində baş verib.

H.Hacıyevin sözlərinə görə, hadisə nəticəsində Azərbaycan vətəndaşları daxil olmaqla, avtobus sərnişinlərindən heç kim xəsarət almayıb.

O, qeyd edib ki, avtobusdakı azərbaycanlı sərnişinlərin sayı hələ dəqiqləşdirilir: “Azərbaycanın diplomatik missiyası bu məsələ üzrə Türkiyənin hüquq-mühafizə orqanları ilə əlaqə saxlamaqda davam edir”.

***

Azərbaycanın Qarsdakı konsulu Ayxan Süleymanlı da PKK terrorçularının Türkiyədə Qars-Ərzurum-İqdır magistral yolunu bağlayaraq girov götürdüyü azərbaycanlılar barədə açıqlama verib.

Ayxan Süleymanlı ans press-in Türkiyə bürosuna verdiyi açıqlamada bildirib ki, terrorçular tərəfindən girov götürülən azərbaycanlılardan bəziləri konsulluğa müraciət edib. Konsul digər azərbaycanlıları da konsulluğa müraciət etməyə çağırıb.

Ayxan Süleymanlının sözlərinə görə, konsulluq girov götürülən azərbaycanlılarla bağlı lazımi tədbirlər görür(trend).

***

“Biz şəxsi avtomobilimizlə İqdırdan Naxçıvana getmək istəyərkən silahlı şəxslər qarşımızı kəsdilər, sənədlərimizi və mobil telefonlarımızı tələb etdilər. Sənədləri və telefonları verəndən sonra bizi yol qırağındakı çalaya apardılar”.

Bunu PKK terrorçuları tərəfindən valideynləri ilə birgə girov götürülmüş Azərbaycan vətəndaşlarından biri, 22 yaşlı Əli Səfərli deyib.

Əli Səfərli bildirib ki, çalada onlardan başqa insanların olduğunu görüblər: “Bir avtobusun və başqa bir maşının da qabağını kəsərək oradakı şəxsləri çalaya gətirmişdilər. Dedilər ki, bizimlə heç bir problemləri yoxdur. Amma Türkiyədə hüquqları təmin olunanadək avtobusların, avtomobillərin qarşısı kəsiləcək. Kürdüstan ərazisinə heç kimi buraxmayacaqlar”.

Onlar orda olduğu müddətdə PKK-çılar Kağızmandakı körpünü partladıblar.

Əli Səfərli bildirib ki, onları təxminən 4 saat saxladıqdan sonra buraxıblar. Sənədlər və mobil telefonlar geri qaytarılıb. PKK terrorçuları şəxsi avtomobillərə dəyməsələr də, dövlətə məxsus TIR-ları yandırıblar.

Əli Səfərlinin sözlərinə görə, PKK-nın girov götürdüyü Azərbaycan vətəndaşlarının sayı 10-15 nəfər olub(APA).

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 44
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."