!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

PKK-nın yeni taktikası

!Reklam – Yazi

sdsdsdd09Türkiyə xüsusi xidmət orqanlarının yerli mənbələrdən əldə etdiyi məlumatlar və PKK rəhbərliyinin simsiz rabitə əlaqələri terror təşkilatının yeni taktikasını üzə çıxarıb.

Türkiyə Silahlı Qüvvələrinin Şimali İraq və ölkə daxilində keçirdiyi əməliyyatlarda ağır itkilər verən PKK itkilərin yerini doldurmağa hazırlaşır.

PKK Türkiyə daxilində verdiyi itkilərin yerini Suriyadakı üzvlərinin hesabına doldurmaq niyyətindədir.

PKK-nın dağ heyətindən təxminən 3-4 min silahlının Suriyada olduğu və PYD-nin (PKK-nın Suriyadakı qolu hesab olunur) silahlı gücü YPG-nin sıralarında vuruşduğu təxmin edilir. PYD-nin özü də bir müddət əvvəl verdiyi açıqlamasında Rojavada (Suriyadakı kürd bölgəsi) İŞİD-ə qarşı mübarizədə PKK-nın verdiyi dəstəyin çox əhəmiyyətli olduğunu bildirmişdi.

Kəşfiyyat mənbələri PKK-nın Suriyadan geri çəkilmə planının PYD və İraq kürd regional rəhbərliyi arasında razılaşmanın əldə olunmasından sonra gündəmə gəlməsinə diqqət çəkirlər. Razılaşmaya görə, Şimali İraqda təlim alan suriyalı kürdlər Suriyanın kürd bölgəsinə geri dönəcəklər(publika).

www.yenicag.az

529
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv