Yazı İçi 468×60

700x301832_pkk1_2werPKK-lı terrorçular Türkiyədə 1 polis məmurunu tələyə salaraq öldürüb.

Hadisə Türkiyənin Iğdır vilayətində baş verib.

Əldə olunan məlumata görə, bir uşaq 45 yaşındakı polis məmuru Olgun Kurbanoğluna yaxınlaşaraq 2 şübhəli şəxs gördüyünü deyib. Uşağın işarə etdiyi yerə gedən polis məmuru PKK-lıların tələsinə düşüb. Terrorçular evli və 3 uşaq atası olan polisə “kalaşnikov” markalı silahdan atəş açıblar.

Atəşə cavab verən polis məmuru 1 terrorçunu yaralasa da, başından və sinəsindən ağır yara alıb.

Silah səslərini eşidən polislər hadisə yerinə gələrək yaralı polisi xəstəxanaya aparıblar. Lakin, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerindən qaçan terrorçuların axtarışına başlanılıb. Hazırda əməliyyat davam etdirilir.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 20
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."