!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

PKK terrorçuları qatıq oğurluğuna başladılar

!Reklam – Yazi

95852Son günlər Türkiyə Silahlı Qüvvələrinin (TSK) keçirdiyi intensiv əməliyyatlar nəticəsində böyük insan itkiləri ilə üzləşən PKK terrorçularına aid çox sayda silah və ərzaq anbarları da məhv edilib. Yenicag.az anspress-ə istinadən xəbər verir ki, terror təşkilatını idarə edən liderlər – Murat Karayılan və Cemil Bayıkın ölkə xaricinə qaçmasından sonra terrorçular çıxılmaz vəziyyətə düşüblər. Hər fürsətdə hərbçiləri və polisləri qətlə yetirən terrorçular magistral yolda saxladıqları TIR-ları və digər avtomobilləri yandırırlar.

Ötən gün isə PKK terrorçuları marketlərə qatıq aparan yük avtomobilini qarət ediblər. Bu barədə məlumatı Türkiyə Baş Qərargah İdarəsinin mətbuat mərkəzi yayıb. Şırnak vilayətinin Beytüşşebap rayonunda 2 nəfəri qadın olan 5 terrorçu magistral yolda vətəndaşa məxsus avtomobili saxlayıb və burda olan 6 400 qab qatığı qarət edib.

İyulun 20-də Şanlıurfanın Suruc rayonunda baş verən terror hadisəsini bəhanə edən PKK tərəfdarları Türkiyənin müxtəlif şəhərlərində zorakılıqlar və hətta ölümlə nəticələnən aklsiyalar keçirirdilər. Türkiyə hökuməti isə bu cür aksiyalara son verməsi üçün PKK və onun siyasi qolu HDP-yə xəbərdarlıq etmişdi.

Xatırladaq ki, iyulun 20-də gündüz saatlarında Türkiyə Şanlıurfa vilayətinin Suruc rayonunda kamikadze terrorçunun aksiyada törətdiyi partlayış nəticəsində 32 nəfər ölmüş, yüzdən çox insan isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdı.

www.yenicag.az

486
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv