PKK terrorçularının qəzeti bağlandı

PKK terrorçularının qəzeti bağlandı

Müəllif: Redaktor

Baş Redaktor

155669_res_01Terrorçu PKK qruplaşmasını təbliğ edən “Özgür gündəm” adlı qəzet bağlanıb.

Bu barədə İstanbul 8-ci Sülh Məhkəməsi qərar çıxarıb.

Qeyd edək ki, Ankarada törədilən terroru sevinclə qarşıladığı üçün bu ilin martında Ankara Prokurorluğu “Özgür gündəm” qəzetinə qarşı cinayət işi açmışdı. “Kızılay” meydanı yaxınlığında törədilən həmin terror aktı nəticəsində 37 nəfər həyatını itirmiş, 125 nəfər isə yaralanmışdı.

Xatırladaq ki, “Özgür gündəm” Türkiyədə çıxır və davamlı olaraq terrorçu PKK və onun iddialarını təbliğ edir. Qəzetin martın 14-də işıq üzü görmüş sayı “Novruzun ayaq səsləri” manşeti ilə çıxmışdı. Həmin yazıda Türkiyəyə və onun ərazi bütövlüyünə qarşı iddialar irəli sürülmüşdü.

Dünya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti