PKK-ya dəstək verən ölkələr – SİYAHI

PKK-ya dəstək verən ölkələr – SİYAHI

Müəllif: Redaktor

Baş Redaktor

ip_42035Türkiyənin on illərdir başına bəla olan kürdlərin PKK terror təşkilatı bu gün də öz iyrənc əməllərindən çəkinmir. Terror təşkilatının Türkiyənin parçalanmasına yönələn bu addımlarının arxasında kənar qüvvələrinin rolunun olduğu danılmazdır. Heç kəsə sirr deyil ki, məhz həmin qüvvələrin siyasi və hərbi dəstəyindən yararlanan PKK Türkiyənin bölünməsi istiqamətində hər gün müxtəlif iryənc üsullara əl atır. PKK-ya dəstək verən ölkələr bunlardır.

Rusiya

Rusiyadan PKK-ya yeni il hədiyyəsi olaraq Sam mərmiləri, RPG raketləri, 60 millimetrlik hava topu və buna aid sursat, uzaqdan partladılan minalar, gecəgörən durbinlər və “Kalaşnikov” avtomatları göndərilib.

Terror təşkilatının “Kalaşnikov” silahı ilə təminatının 70 faizini Rusiya reallaşdırır. Bu ölkə PKK-nı mina ilə təmin etməkdə ikinci sıradadır. Raketlərdə də vəziyyət dəyişmir. PKK-nın xəstəxanalara belə, atmaqdan çəkinmədiyi raketlərin mənşəyi araşdırıldığında ünvan yenə Rusiya çıxır. Təsbitlərə görə, PKK-nın istifadə etdiyi raketlərin 65 faizi Rusiyaya aiddir.
Tapança və əl qumbaralarının bir çoxunda da Rusiya imzası var.

İngiltərə

Krallığın hərbi hava qüvvələrinə aid yük təyyarələri vasitəsilə raketatanlar PKK-ya təslim edilir. Türk ordusunun ələ keçirdiyi digər bəzi silahların İngiltərə istehsalı olduğu da təsbit edilib.

Almaniya

Almaniya kod nömrələrini ordu inventarının xaricində tutaraq PKK-ya mərmi göndərir. İtaliyanı minalar mövzusunda izləyən digər ölkə isə Almaniyadır. Almaniya ayrıca PKK terrorçularına siyasi təhsilin verildiyi bir ölkədir.

ABŞ

Silahların ardıcıl nömrələrini silən ABŞ PKK-ya hər cür silah ötürür. Ələ keçirilən digər silahların ABŞ istehsalı olduğu təsbit edilib. ABŞ-ın PKK-ya birbaşqa dəstəyi isə əl qumbaraları ilə bağlıdır.

İtaliya

İtaliya da ABŞ kimi silahların ardıcıl nömrələrini silərək PKK-ya verir. Son on ildə Türkiyə təhlükəsizlik güclərinin PKK-ya qarşı keçirdiyi əməliyyatlarda ələ keçirilən minaların 60 faizi İtaliyaya aid olub. Tapançalarda da İtaliya imzası var. İtaliya həm də PKK terrorçularına siyasi təhsilin verildiyi bir ölkədir.

Çin

Çin də ABŞ və İtaliya kimi silahların ardıcıl nömrələrini silərək, PKK-ya verir. Rusiyadan sonra “Kalaşnikov” avtomatının təminatında ikinci sıradadır.

İspaniya

PKK-nı ardıcıl nömrələri silinən silah və tapança ilə təmin edir. Bu ölkədə PKK terrorçularına siyasi təhsilin verilməsi faktı da var.

İsrail

PKK-nı ardıcıl nömrələri silinən silah və tapança ilə təmin edir.

Suriya

PKK terrorçularının düşərgələrinin olduğu bu ölkədə terror təhsili üçün kəşfiyyat materialları verilir.

İraq

PKK terrorçularına terror təhsili üçün kəşfiyyat materialları verilir.

Ermənistan

PKK terrorçularına terror təhsili üçün kəşfiyyat materialları çatdırılır.

Hollandiya

PKK terrorçularına siyasi və hərbi təhsil verilir.

Belçika

PKK terrorçularına siyasi və hərbi təhsil verilir.

İsveçrə

Terrorçulara siyasi və hərbi təhsil verilir.

Yunanıstan

Terrorçulara siyasi və hərbi təhsil verilir.

Fransa

Terrorçulara siyasi və hərbi təhsil verilir.

Danimarka

Terrorçulara siyasi və hərbi təhsil verilir.

Serbiya

Serblər ilə PKK arasında ciddi miqdarda Balkan coğrafiyası üçün narkotik ticarəti edilir. Serblərlə PKK arasında narkotik ortaqlığı da var.(modern)

Banner, Flaş, Maraqlı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti