!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

PKK-ya qarşı əməliyyat: 34 terrorçu öldürülüb

!Reklam – Yazi

eef77becd105f38a6478cf62b95b1ccaSəkkiz əsgər və bir mülki kənd gözətçisi yaralanıb

Türkiyə Silahlı Qüvvələrinin PKK terrorçularına qarşı həyata keçirdiyi əməliyyat zamanı iki əsgər şəhid olub, səkkiz əsgər, bir mülki kənd gözətçisi yaralanıb.

Əməliyyat nəticəsində 34 terrorçu məhv edilib.

Türkiyə Silahlı Qüvvələrin Baş Qərargahının açıqlamasında qeyd olunur ki, separatçı terror təşkilatının mənsubları sentyabrın 24-də gecə 23:00 və 25 sentyabr saat 05:40 radələrində Şırnakın Beytüşşebap rayonuna basqın ediblər. Basqının dəf edilməsi zamanı iki əsgər şəhid olub, səkkiz əsgər və bir mülki gözətçi yaralanıb.

Basqının qarşısını almaq üçün PKK terrorçularına qarşı hava hücumu həyata keçirilib, nəticədə 34 terrorçu öldürülüb.

Məlumatda o da bildirilir ki, xəstəxanaya yerləşdirilən yaralı şəxslərin həyatına təhlükə yoxdur.

www.yenicag.az

524
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv