Planetin yemək etiketləri

Müəllif: Redaktor

Editor

 

Dünyanın müxtəlif ölkələrində yemək etiketləri var.

Hansısa ölkənin restoranlarındakı bir davranış forması təqdirəlayiq sayılırsa, digər ölkədə o tərbiyəsiz hərəkət kimi qiymətləndirilir. Bu baxımdan planetin ayrı-ayrı yerlərindəki qida etiketlərindən azca da olsa anlayışlı olmaq lazımdır ki, gedəcəyimiz yerdə pis vəziyyətə düşməyək.

Yaponiyada əriştə və şorbaları tez-tez və marçıldadaraq yemək aşpaza olan hörməti göstərir. Yəni aşpaz yeməyi çox dadlı bişirib.Həmçinin bu ölkənin mətbəxində qaşıqlar elə də əhəmiyyətli rol oynamadığı üçün sulu yeməyi kasa ilə içmək olar.

Hindistanda, Yaxın Şərqdə və Afrikanın bəzi ölkələrində sol əllə qidalanmaq pintilik əlaməti sayılır. Bu baxımdan solaxaylar həmin ölkələrə getməsələr yaxşıdır.

Fransada hesabın masa arxasında oturan insanlar tərəfindən yarıbayarı (və ya hissələrə bölünərək) (“Nemetskiy şot”) ödənilməsi ən kobud və düşünülməmiş addım sayılır. Həmçinin Fransada yemək zamanı bir əldə çəngəl, digərində isə bıçaq olur. Bəzən bıçağı çörək ilə əvəz edirlər. Yeməyi çəngələ “yığmaqda” çörək parçalarından istifadə edilir.
Meksikada yeməklər əllə yeyilir. Orada çəngəl-bıçaqdan istifadə təkəbbür əlaməti sayılır.

Çilidə isə tamamilə əksinədir. Burada qidaya, hətta kartof-friyə əllə toxunmaq belə pintilik sayılır.

Braziliyada adətən pitsanı, hamburgerləri qaşıq və bıçaqla yeyirlər.

İtaliyada ofisiant pendir təklif etməzsə, o zaman heç vaxt pendir sifariş etməyin! Çünki bu ölkədə pitsa və dəniz məhsullarının yanında pendir sifarişi aşpazları üçün təhqir hesab edilir.

Portuqaliya restoranlarında masa üzərinə duz-istiot qoyulmayıbsa, onda sifariş etməyin! Bu onlarda aşpazın ləyaqətinə toxunmaq hesab olunur, yeməyin ədviyyatı azmış kimi.

Taylandda çəngəllərdən qaşığa yeməyin qoyulması üçün istifadə olunur. Həmçinin bu ölkədə yemək üçün çubuqlardan istifadə geniş yayılmayıb. Əksər restoranlarında çubuqla yemək ədəbsiz hərəkət kimi qiymətləndirilir.

Bolqarıstanda isə sarı güllər nifrət rəmzi olduğu üçün bu rəngdə olan güllərlə restorana girmək olmaz.

Rusiyada və MDB ölkələrində biləklərin masada dincəlməsi nəzakətli əlamət hesab edilir. Bu ölkələrdə çəngəl sol əldə,bıçaq isə sağ əldə tutulmalıdır.

Efiopiyada ayrı-ayrı boşqablardan istifadə bədxərclik hesab edilir. Yemək vahid boşqabda süfrəyə verilir və hər kəs yeməyi əli ilə yeyir.

Yenicag.az


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır