www.sinerjipro.net

SinerjiProWide
Reklam

50ef876356228646a07c4c0929ac8d65Yenicag.az xəbər verir ki, tədbirdə hökumət və dövlət rəsmiləri, səfirlər, mədəniyyət və incəsənət xadimləri iştirak edib.
P. Bülbüloğlu konsertdə məşhur “Azərbaycan” mahnısını oxuyub və qeyd edib ki, Heydər Əliyev Sarayı onun üçün əziz yerdir: “Gəncliyimdə bu sarayda çox konsertlər vermişəm. Daha sonra nazir olanda məhz bu səhnədə böyük yubiley tədbirlərində çıxış etmişəm. 70 illik yubileyim həm də mənə ona görə əlamətdar oldu ki, prezident İlham Əliyev məni “Şərəf” ordeni ilə təltif etdi. Bu konsertdə mənim çox yaxın dostlarım iştirak edir. Onların işləri çox olsa da, vaxt tapıb bu əziz gündə mənimlə bir yerdə yubiley tədbirində iştirak edirlər”.

Tədbirdə Rusiya dövlətinin nümayəndəsi Mixail Şvitkoy, Türksoyun baş katibi Düsen Kaseinov, xalq yazıçısı Anar və başqaları çıxış edərək P. Bülbüloğlunu yubiley münasibəti ilə təbrik ediblər.

Yubiley mərasimində SSRİ xalq artistləri İosif Kobzon, Nani Breqvadze, Jurabek Murodov, Rusiyanın xalq artistləri Lev Leşşenko, Larisa Dolina, Zaur Tutov, Gürcüstanın xalq artisti Vaxtanq Kikabidze, görkəmli mədəniyyət və ictimai xadimlər Mixail Şvıdkoy, Yuli Qusman, Mixail Qusman, və digər mədəniyyət, incəsənət xadimləri, dövlət və hökumət nümayəndələri iştirak edib.

(apa.az)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 31
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."