Polis bölməsində insidet ölümlə nəticələndi

Polis bölməsində insidet ölümlə nəticələndi

Müəllif: Redaktor

Baş Redaktor

319607_465842Sentyabrın 27-də Sabunçu xəstəxanasında əməliyyat olunan şəxs ölüb. Ölən şəxs 1983-cü il təvəllüdlü Şaiq Sadıqovdur. O, baş-beynin əzilməsi, boyundaxili hematoma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Sentyabrın 26-da əməliyyat olunan Şaiq Sadıqov sentyabrın 27-nə keçən gecə xəstəxanada ölüb.

Mərhumun ailə üzvləri musavat.com-a bildiriblər ki, Ş.Sadıqov Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsində döyülüb. Ş.Sadıqov ağır vəziyyətdə yaxınlıqdakı 3 saylı Sabunçu Rayon Xəstəxanasına gətirilib və orada da vəfat edib.

Kəlbəcər köçkünü və şəhid ailəsinin üzvü olan Şaiq Sadıqov polis bölməsinə yaşadığı Ramana qəsəbəsində yerləşən Şuşa qəsəbəsindən gətirilib.

Ş.Sadıqovun ölümündən sonra onun ailə üzvləri ötən gecə 12-ci polis bölməsinin qarşısına toplaşıblar. Onlar baş vermiş hadisənin günahkarı olan polis əməkdaşlarının qanun qarşısında cavab verməsini tələb ediblər. Narazı kütləni sakitləşdirmək üçün polis bölməsinin qarşısına əlavə polis qüvvəsi cəlb olunub. Gərgin gecədən sonra, ailə üzvləri sakitləşdirilərək evlərinə göndərilib. Onlardan bir qrupu bölməyə dəvət edilib, şikayətləri dinlənilib.

Mərhumun yaxınları Ş.Sadıqovu polis bölməsinə Aydın və İldırım adlı polis əməkdaşlarının apardıqlarını bildiriblər. İddiaya görə, Ş.Sadıqov polis bölməsində həmin polislər tərəfindən döyülüb(faktxəbər).

Kriminal, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti