!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Polis ödəniş etmədən avtobusa mindi, mübahisə düşdü – Video

!Reklam – Yazi

821076_465804Bakıda maraqlı hadisə baş verib.

“Baku Bus” şirkətinə məxsus 1 nömrəli marşrut avtobusuna mülki geyimdə bir nəfər minib. Sürücü ondan kartla ödəniş etməsini istəyib. Həmin şəxs isə polis əməkdaşı olduğunu deyərək, vəsiqəsini təqdim edib. Sürücü həmin şəxsə yenə də ödəniş etməli olduğunu deyib: “Polis formasında olsaydınız, hə, ödəniş etmədən avtobusa minə bilərdiniz. Amma hazırda formada deyilsiniz. Ona görə də, ödəniş edin”.

Polis bundan sonra sürücünü hədələməyə başlayıb: “Səni işdən çıxartdıraram. Görərsən sən”. Və ardından telefonla kimlərəsə zəng vurub. Sürücü isə bu müddət ərzində avtobusu idarə etməkdən imtina edib.

Mübahisə böyüyüb. Sərnişinlər avtobusun dayanmasına etiraz ediblər. Sürücü buna görə, yoluna davam etməyə başlayıb.

Amma mübahisə bitməyib. Polis 20 qəpiyə görə hər kəslə mübahisə etməyə davam edib.

Polis əməkdaşları xidmət zamanı ictimai nəqliyyatdan pulsuz istifadə edə bilər. Lakin bu məsələdə bir qədər ziddiyyətli məqamlar var. Bu hal adətən polis formasında olan əməkdaşlara tətbiq olunur. Lakin nəzərə almaq lazımdır ki, əməliyyat-axtarış tədbirləri ilə əlaqədar bəzi polis əməkdaşları mülkü geyimdə xidmət aparırlar.

Bütün hallarda bu gün baş vermiş hadisədə polis əməkdaşını qınamaq lazım deyil. Lakin hər bir halda, həmin əməkdaş situasiyaya uyğun hərəkət edib 20 qəpik ödəməklə bu cür görüntülərin yaranmasının qarşısını ala bilərdi. Bu hadisə anlarını sərnişinlərdən biri mobil telefonun kamerası vasitəsi ilə qeydə alıb. Həmin görüntüləri sizlərə təqdim edirik:

https://youtu.be/6L88xdyVTSs

www.yenicag.az

513
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv