Polis özünü partlatdı: 13 ölü

Müəllif: Redaktor

Editor

259a37Polis rəisi ölənlərdən 9-nun dinc sakin, 4-nün isə polis olduğunu deyir

Əfqanıstanın Parvan əyalətində törədilən partlayışda azı 13 nəfər ölüb. Əyalətin polis rəisi Zaman Mamozainin məlumatına görə, partlayışı klinika və bazarın ətrafında polis geyimində olan intiharçı törədib. Polis rəisi ölənlərdən 9-nun dinc sakin, 4-nün isə polis olduğunu deyir.

Bundan başqa 19 nəfər xəsarət alıb. Hücuma görə cavabdehliyi Taliban üzərinə götürüb.
BMT-nin bu ölkədəki missiyasının məlumatına görə, 2015-ci ildə Əfqanıstanda törədilən bu cür hücumlarda 11 min adam ölüb ki, onların əksəriyyəti mülki sakinlərdir.


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır