Polis rəisi intihar etdi – FOTO

Müəllif: Redaktor

Editor

a7ff37Hadisə ilə bağlı istintaq davam edir

Türkiyədə polis rəisi toy günü ona bağışlanan tapança ilə xidməti otağında intihar edib. Hadisə fevralın 14-də Adanda baş verib. İncirlik Polis Mərkəzinin polis rəisi, 41 yaşlı Akif Durak işə gəldikdən sonra uzun müddət otaqdan çıxmayıb. Narahat olan həmkarları onun otağına giriblər. Akif Durakı yaralı vəziyyətdə tapan polislər təcili yardım çağırıblar. Hadisə yerinə gələn təcili tibbi yardım xidmətinin əməkdaşları Akif Durakın dünyasını dəyişdiyini bildiriblər. Cəsəd analiz olunduqdan sonra yarılması üçün Anadolu Ədliyyə Tibb Qurumunun morquna aparılıb.

Mərhum Mehmet Akif Durakın Feysbukda paylaşdıqları da diqqət çəkib. O, “Yaşayan ölülərə yas saxlanılmaz”, “Özün üçün dön dünya, nə sən veciməsən, nə də sənin kimi dönənlər”, “Bəli, mən dəyişdim amma hamıya layiq olduğu dəyəri verəcək qədər dəyişdim” cümlələrini paylaşıb.
Hadisə ilə bağlı istintaq davam edir.(Avtosfer)


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır