!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Polislər qəzaya düşdü - Bakıda

!Reklam – Yazi

Ötən axşam saat 19 radələrində Sabunçu rayonu Bilgəh- Maştağa yolunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yeniçağ.az SalamNews-a istinadən xəbər verir ki, 32 yaşlı Abdullayev Ramin Tofiq oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomaşın yol sürüşkən olduğundan idarəetməni itirərək qarşı tərəfdə hərəkət edən Sabunçu Rayon Polis İdarəsi 42-ci polis bölməsinə məxsus “Fiat Doblo” markalı maşına çırpılıb.

Qəza nəticəsində “VAZ-2107” markalı avtomaşının sürücüsü və “Fiat Doblo” markalı maşında olan iki nəfər polis əməkdaşı – 27 yaşlı Qəzənfərli Azad Ələsgər oğlu və 36 yaşlı Hüseynzadə Təbriz Məhiyəddin oğlu müxtəlif bədən xəsarətləri ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıblar. Xəstəxanada hər üç yaralıya ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq üçün evə buraxılıblar.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin təhqiqat şöbəsində araşdırmalara başlanılıb. İşi araşdıran təhqiqatçı Fikrət Məmmədov faktı SalamNews-a təsdiq edərək bildirib ki, qəza şəraitini “VAZ-2107” markalı avtomaşın yaradıb. Hər üç şəxsin izahatı alınıb və qəza nəticəsində əzilən avtomobillər cərimə meydançasına yerləşdirilib.

Yeniçağ.az

www.yenicag.az

973
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv