PR-mütəxəssizlər üçün təlim keçirildi

Müəllif: Redaktor

Editor

excelsior__160616_0314 iyun 2016-cı il tarixində “Excelsior Hotel Baku” otelinin dəstəyi, Azərbaycan İctimaiyyətlə Əlaqələr Assosiasiyası və “Alibayov Kommunikasiya & Konsaltinq” şirkətinin təşkilatçılığı ilə PR sahəsində çalışan mütəxəssislər üçün növbəti təlim keçirildi. Təlimdə dövlət və qeyri dövlət təşkilatlarından bu sahədə çalışan 30-a yaxın mütəxəssis iştirak etdi.
Təlimdən öncə Azərbaycan İctimaiyyətlə Əlaqələr Assosiasiyasının rəhbəri İlham Məmmədov yeni təsis olunmuş təşkilat ilə bağlı təlim iştirakçılarına məlumat verdi. Bildirildi ki, yeni təşkilat ictimaiyyətlə əlaqələr üzrə yerli mütəxəssislərin bilik və bacarıqlarının artırılması üçün şərait yaradacaq, PR sahəsinin tədrisi məqsədilə onlar üçün müxtəlif kurslar, treninqlər, seminarlar, konfranslar təşkil ediləcəkdir.

Təlim iştirakçıları müasir dövrdə daha çox ehtiyac duyulan mövzularla bağlı məlumat aldıqlarından sonra praktiki məşğələ vasitəsilə biliklərini möhkəmləndirdilər. Təlimçi, “Alibayov Kommunikasiya & Konsaltinq” şirkətinin rəhbəri Vəli Əlibəyov iştirakçıların suallarını cavablandırarkən qeyd etdi ki, yaxın gələcəkdə Azərbaycanda ictimaiyyətlə əlaqələrin inkişaf bumu yaşanacaq. PR sahəyə lazımınca diqqət ayırmayan şirkətlərin gələcəyi sual altında olacaq. Bu baxımdan, ölkə PR-menləri və şirkət rəhbərləri bu sahənin inkişafı, mütəxəssislərinin professional baxımdan böyüməsinə ciddi diqqət yetirməlidirlər.

Qeyd edək ki, Azərbaycan İctimaiyyətlə Əlaqələr Assosiasiyası PR tətbiqi sahəsində yüksək peşəkar və etik standartlara riayət edilməsi, İctimaiyyətlə əlaqələr üzrə yerli mütəxəssislərin keyfiyyətli artımı çərçivəsində müxtəlif tədbirlər həyata keçirir.


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır