Xəqani Abdullayev Azərbaycan Mərkəzi Bankı (AMB) sədrinin müavini vəzifəsindən azad olunub.

Prezident İlham Əliyev bununla bağlı avqustun 1-də sərəncam imzalayıb.

X. Abdullayevin yerinə təyinat baş verməyib.

Qeyd edək ki, X. Abdullayev 1976-cı ildə Beyləqan rayonunda anadan olub.

1999-cu ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu “Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə magistr dərəcəsi ilə bitirib.

Əmək fəaliyyətinə 1997-ci ildən AMB-də Pul-kredit siyasəti departamentində aparıcı ekspert vəzifəsi ilə başlayıb.

2000-ci ilin avqust ayından AMB-nin Monetar siyasəti departamentinin baş iqtisadçısı, şöbə rəisi, departament direktoru vəzifələrində çalışıb.

2008-ci ildə ABŞ-ın “George Washington” universitetində “Fulbright” tədqiqat proqramı çərçivəsində ixtisaslaşmış təhsil alıb.

2008-ci ilin aprel ayından AMB-nin baş direktoru vəzifəsinin icraçısı təyin edilib. 2009-cu ilin iyul ayında baş direktor vəzifəsinə təsdiq edilib.

2010-cu ilin mart ayından Milli Məclisin qərarı ilə AMB-nin İdarə Heyətinin üzvü seçilib.

2010-cu ilin aprel ayında AMB sədrinin müavini vəzifəsinə təyin edilib.

2007-ci ilin fevral ayında bank sisteminin inkişafındakı xidmətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

2015-ci ilin aprel ayından Milli Məclisin qərarı ilə AMB İdarə Heyətinin üzvü seçilib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 7087
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."