Prezident Bilik günündə orta məktəbdə – FOTO

Müəllif: Redaktor

Editor

14739176524280557336_1000x669Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də – Bilik günündə Bakının Sabunçu rayonunda yerləşən 311 nömrəli tam orta məktəbin yeni binasının açılış mərasimində iştirak edib.

Dövlətimizin başçısı məktəbin binasının rəmzi açılışını bildirən lenti kəsdi və burada yaradılan şəraitlə tanış oldu. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı Azərbaycan Prezidentinə məlumat verdi. Qeyd edildi ki, 960 şagird yerlik üçmərtəbəli məktəbdə tədris iki növbədə aparılacaq.

Məktəbdə yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyev təhsil ocağının müəllim və şagirdləri ilə görüşdü. Sonda xatirə şəkli çəkdirildi.

 


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır