!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prezident bir sıra açılışlar edib

!Reklam – Yazi

c672bda816c602d07a00979f6b8fe0b8Oktyabrın 6-da Azərbaycan prezidenti İlham Əliyev Göyçaya səfəri çərçivəsində Şahmat Məktəbinin açılışında iştirak edib.

Dövlət başçısı Şahmat Məktəbinin rəmzi açılışını bildirən lenti kəsib.

Bildirildi ki, Göyçay Şahmat Məktəbinin binası 1983-cü ildə istifadəyə verilib. Ötən ildən burada əsaslı yenidənqurma işlərinə başlanılıb. Binanın birinci mərtəbəsində 60 yerlik kiçik yarış zalı, kompyuter, müəllimlər və üç sinif otağı yaradılıb. Məktəbin 90 yerlik böyük yarış zalı var. İkinci mərtəbədə dörd sinif otağı yaradılıb.

Qeyd edildi ki, hazırda məktəbdə təhsil alan 251 şagirdə şahmatın sirlərini 11 müəllim öyrədir.

Sonda məktəbin müəllim və şagirdləri dövlət başçısı ilə xatirə şəkli çəkdiriblər.

***

Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 6-da Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak edib.

Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsərək, ikimərtəbəli binada yaradılan şəraitlə tanış olub.

Binada akt zalı, elektron kitabxana, Yeni Azərbaycan Partiyası rayon təşkilatının Qadınlar Şurası və Gənclər Birliyi üçün otaqlar var. Binadakı 120 yerlik konfrans zalında istər təşkilatın fəaliyyəti, istərsə də rayonun həyatında baş verən mühüm ictimai-siyasi hadisələrlə bağlı tədbirlər keçirmək mümkündür.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının Göyçay rayon təşkilatının 7663 üzvü var.

***

Göyçay Şəhər Uşaq Musiqi Məktəbi binasının açılışı olub.

Açılışda Azərbaycan prezidenti İlham Əliyev iştirak edib.

Dövlət başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsib.

Ümumi sahəsi 650 kvadratmetr olan ikimərtəbəli binada müxtəlif mədəni tədbirlərin keçirilməsi üçün 80 yerlik konsert zalı yaradılıb. Məktəbin fortepiano, skripka, qarmon, xalq çalğı alətləri, tar, kaman, xanəndəlik şöbələrində uşaqlar zəngin incəsənətimizin və musiqimizin sirlərinə yiyələnirlər. Bütün sinif otaqları zəruri alət və avadanlıqla təchiz olunub.

Məktəbdə 430 şagirdin musiqi təlimi ilə 107 müəllim məşğul olacaq. Musiqi məktəbinə 7-13 yaşlı uşaqlar qəbul edilir. Burada təhsil müddəti 5-7 ildir(APA).

 

www.yenicag.az

570
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv