yenicag.az
yenicag.az

Prezident bir sıra qanunda dəyişiklik etdi

Prezident bir sıra qanunda dəyişiklik etdi

Müəllif: Redaktor

Editor

244944Prezident İlham Əliyev bir sıra qanunda dəyişiklik edib.

“Polis haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” qanunda və “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”də fərmanda dəyişiklik edilməsini təsdiq edib.

Belə ki, “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 15-1-ci maddəsinin 1-ci bəndində və 19-1-ci maddəsinin 1-ci və 3-cü bəndlərinə “öz vəzifələrini” sözlərindən sonra “üzrlü səbəblər olmadan” sözləri, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci, 5.2-ci, 17.2.1-ci, 17.2.2-ci və 17.2.6-cı maddələrinə “öz vəzifələrini” sözlərindən sonra “üzrlü səbəblər olmadan” sözləri əlavə edilib.(Azərtac)

Gündəm, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti