yenicag.az
yenicag.az

Prezident böyük əfv fərmanı imzalayacaq? – Açıqlama

Prezident böyük əfv fərmanı imzalayacaq? – Açıqlama

Müəllif: Baş Redaktor

Baş Redaktor

img1958200Əfv Komissiyasının üzvü: “Siyahı hazırlanaraq prezidentə təqdim olunacaq”
Bu il növbəti əfv fərmanı ola bilər. Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı ərəfəsində əfv haqqında fərman imzalayacağı gözlənilir.

Bu barədə məlumatı ANS PRESS-ə Əfv Komissiyasının üzvi, deputat Məlahət İbrahimqızı verib. Onun sözlərinə əsasən, hər il olduğu kimi bu il də prezident tərəfindən əfv fərmanının imzalanacağı gözlənilir:

“Biz bununla bağlı hal-hazırda iş aparırıq. Müraciət edən məhbusların hər birini fərdi olaraq araşdırırıq. Onların həbsxanada olduğu müddətdə hansı əməllər gördükləri, hansı cinayət əməlinə görə həbs olunduqları və məhbusun özünün fikirləri əfv olunmada əsas götürülür”.

Deputat baxılan müraciətlər arasında bir neçə il cəza çəkənlərlə yanaşı, ömürlük azadlıqdan məhrum edilənlərin də olduğunu deyib. “Araşdırmalarımız bitdikdən sonra siyahı İlham Əliyeva təqdim olunacaq və o da bununla bağlı fərman imzalaya bilər”.

Məlahət İbrahimqızı əlavə edib ki, ölkə başçısı bacardığı qədər hər bayramlarda məhbuslarla bağlı əfv fərmanı imzalayır.

Bu zamana kimi İlham Əliyev məhbusların azad olunması ilə haqqında 59 fərman imzalayıb, Milli Məclis amnistiya haqqında 10 akt qəbul edib, nəticədə 467 məhbus azadlığa buraxılıb.

Sonuncu dəfə əfv sərəncamı bu ilin mart ayında – Novruz bayramı ərəfəsində imzalanıb. Sərəncam ümumilikdə 101 nəfərə şamil edilib. Əfv olunanlar arasında 2 Gürcüstan vətəndaşı da var.

Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 90 nəfər cəzanın çəkilməmiş hissəsindən, 4 nəfər islah işləri, 7 nəfər isə cərimə cəzasından azad edilib.

Gündəm, Manşet, Banner, Flaş, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti