Yazı İçi 468×60

Prezident İlham Əliyev Milli Qəhrəman Çingiz Qurbanovun ailəsinə Bakı şəhəri, Xətai rayonunda 3 otaqlı mənzilin verilməsi ilə bağlı göstəriş verib.

Bu barədə AzVision.az-a Milli Qəhrəmanın atası Salman Qurbanov deyib. Şəhidin atası bildirib ki, Qusar rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən Milli Qəhrəman Çingiz Qurbanovun adının əbədiləşdirilməsi üçün dövlət qurumlara müraciət edilib

“Qusarın mərkəzi küçələrindən biri Çingiz Qurbanovun adını daşıyacaq. Həmçinin Çingizin təhsil aldığı məktəbə də onun adının verilməsi üçün müraciət olunub”.

Qeyd edək ki, Çingiz Salman oğlu Qurbanov 2016-cı il dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olub.

Çingiz Qurbanovun nəşi Prezident İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları tərəfindən beynəlxalq təşkilatlarla aparılmış müntəzəm tədbirlər nəticəsində 2017-ci il fevralın 5-də qarşı tərəfdən alınıb. Bakıda təntənəli vida mərasimi keçirildikdən sonra şəhid Ç.Qurbanov fevralın 6-da doğulduğu Qusar rayonunda dəfn edilib.

Fevralın 7-də Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Qurbanova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi barədə Sərəncam imzalayıb.

Dövlətimizin başçısı fevralın 9-da Milli Qəhrəman Çingiz Qurbanovun ailə üzvləri ilə görüşüb.

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 17
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."