yenicag.az

Prezident ən böyük səhvini etiraf etdi

Prezident ən böyük səhvini etiraf etdi

Müəllif: Redaktor

Editor

14328819681_826fdb4326_bABŞ lideri Barak Obama prezidentliyi dövründə etdiyi ən böyük səhvini açıqlayıb.

Bu barədə ABŞ prezidenti `Fox News`-a müsahibəsi zamanı bildirib.

Obama ən böyük səhvə Liviyada müharibə zamanı yol verdiyini etiraf edib: “Ola bilsin ki, bu, Liviyaya müdaxilədən sonrakı gün planın hazırlanmaması olub. Həmin vaxt mən bu əməliyyatın keçirilməsini düzgün addım hesab edirdim”.

Obama ən böyük nailiyyəti kimi ölkə iqtisadiyyatının böyük depressiyadan çıxarılmasını göstərib.

Qeyd edək ki, martın 11-də Obama Liviyada yaşanan qarşıdurmalarının günahkarlarının Avropa liderləri olduğunu bildirib. O, bu vəziyyətdə günahkar kimi sabiq Fransa prezidenti Nikolya Sarkozi və Böyük Britaniyanı baş naziri Devid Kemeronun adını çəkib.

Dünya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti