Yazı İçi 468×60

101232Bu gün prezident İlham Əliyev Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində tikintisi başa çatdırılan ikinci dərəcəli sərhəd gözətçi gəmisi ilə tanış olub.

Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyev Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə raport verib.

Dövlət başçısı Sahil Mühafizənin sərhəd gözətçi gəmilərinin fəaliyyətini əks etdirən filmə və onların texniki göstəriciləri ilə bağlı stendə baxıb.

Məlumat verilib ki, müəssisənin fəaliyyət göstərdiyi müddətdə itisürətli və yüksək üzmə qabiliyyətli, müasir silahlarla, mükəmməl naviqasiya və rabitə-radiotexnika avadanlığı ilə təchiz edilmiş üçüncü dərəcəli 6 sərhəd gözətçi gəmisi inşa olunaraq Dövlət Sərhəd Xidmətinin döyüş sıralarına daxil edilib.

Yeni inşa edilən ikinci dərəcəli sərhəd gözətçi gəmisi mükəmməl naviqasiya və rabitə-radiotexnika avadanlığı, müasir silahlarla təchiz edilib.

Dövlət başçısı ikinci dərəcəli gəmidə yaradılan şəraitlə tanış oldu, üçüncü dərəcəli gəmilərin keçidinə baxıb.

Sonra Prezident İlham Əliyev müəssisədə yaradılan şəraitlə tanış oldu, tövsiyə və tapşırıqlarını verib(azərtac).

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 17
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."