Prezident Həsən Ruhanini təbrik etdi

Müəllif: Redaktor

Editor

20a55846d3bb926bbb60c228338342aaAzərbaycan prezidenti İlham Əliyev yanvarın 21-də İran prezidenti Həsən Ruhaniyə telefonla zəng edib.
Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, dövlət başçısı İrana qarşı tətbiq edilən sanksiyaların götürülməsi münasibətilə İran prezidentinə və xalqına təbriklərini çatdırıb və uğurlar arzulayıb.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan həmişə bu sanksiyaların əleyhinə olub və bununla bağlı rəsmi açıqlamalar verib. Azərbaycan prezidenti sanksiyaların götürülməsindən bir daha məmnunluğunu bildirib.

İran prezidenti Həsən Ruhani təbriklərinə və xoş sözlərinə görə İlham Əliyevə minnətdarlığını çatdırıb, əlaqələrimizin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini bildirib.

Dövlət başçıları ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin müxtəlif sahələrdə inkişafı, enerji məsələləri, ölkələrimizin dəmir yollarının birləşdirilməsi, Astara-Astara dəmir yolu xəttinin çəkilişi, investisiya layihələrinin icrası və digər məsələləri müzakirə ediblər.


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir