Prezident İlham Əliyev rusiyalı həmkarına başsağlığı verib

Müəllif: resul

Editor

efbf8eda-0c84-4dff-aba3-e51b1d07bd8c_675Azərbaycan prezidenti İlham Əliyev bu gün Rusiya Müdafiə Nazirliyinə məxsus təyyarənin qəzaya uğraması ilə bağlı Rusiya prezidenti Vladimir Putinə başsağlığı verib.

Yeniçağ.Az-ın məlumatına görə, prezident İlham Əliyev bildirib ki, çoxsaylı insan tələfatı ilə nəticələnmiş TU-154 təyyarəsinin qəzası haqqında xəbər onu sarsıdıb.

Dövlət başçısı Azərbaycanın xalqı adından və şəxsən öz adımdan Rusiya prezidentinə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verib.

Yeniçağ.Az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır