Yazı İçi 468×60

almaniya kubok skandalAlmaniya Futbol Birliyinin (DFB) prezidenti Valfqanq Nirsbax tutduğu vəzifədən istefa verib.

Bu barədə “HNA” nəşri xəbər yayıb.

Daha əvvəl Frankuft Mayn Prokurorluğu vergi ödənişindən yayınmaqda şübhəli bilinən Nirsbax və onun DFB-dəki xələfi Teo Çvaçiqer haqqında araşdırmalara başlamışdı.

Xatırladaq ki, “Spiegel” jurnalı Almaniyanın 2006-cı ildə Dünya Çempionatı kubokunu pulla satın aldığını iddia etmişdi.

Nəşrin məlumatına görə, 2006-cı ildə Almaniyanın qazandığı dünya kuboku rüşvətlə satın alınıb. Frans Bekenbauer və “Adidas” firmasının eks-rəhbəri Louis Dreyfussun həmin dövrə aid olan birgə şəklini yayan Almaniya nəşri onu da yazır ki, 6,7 miliyon avro ianə qarşılığında “Adidas” şirkətinin rəsmiləri “FİFA”-nın Asiya üzrə idarəedici müavinlərindən 4 səs alıblar. Beləcə, 2000-ci ildə keçirilən səsvermə nəticəsində Almaniya 11 səs qazanıb(Azvision).

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 24
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."