Yazı İçi 468×60

acilld

Prezident İlham Əliyev sentyabrın 3-də Masallıya səfəri çərçivəsində “ASAN həyat” kompleksinin açılışında iştirak edib. Yenicag.az AzərTAc-a istinadən xəbər verir ki, dövlət başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsib. Məlumat verilib ki, kompleksin inşasına 2015-ci ildə başlanıb və tikinti işləri 2016-cı ilin avqustunda başa çatdırılıb. Dördmərtəbəli kompleks binasının ümumi sahəsi 4 min 246 kvadratmetrdir.

Kompleksdəki “ASAN xidmət” mərkəzində vətəndaşlara 10 dövlət orqanı tərəfindən 32 növ xidmət göstəriləcək.
Bundan başqa prezidenti İlham Əliyev bu gün Masallıda Bayraq Meydanının və Azərbaycan Dövlət Rəmzləri Muzeyinin açılışını edib. Dövlət başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsib. Prezidentə məlumat verilib ki, Bayaq Meydanının və Dövlət Rəmzləri Muzeyinin inşasına 2014-cü ildə başlanıb və 2016-cı ildə tikinti işləri başa çatdırılıb. Bayraq Meydanının ümumi sahəsi 1,3 hektardır. Meydanda hündürlüyü 62 metr olan bayraq dirəyi quraşdırılıb. Ərazidə geniş yaşıllaşdırma işləri görülüb, dekorativ ağac və gül kolları əkilib.

Muzeydə isə Azərbaycanın dövlət rəmzlərini əks etdirən eksponatlar nümayiş olunur.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 23
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."