Prezident monopoliyaya qarşı! – “Buna yol vermək olmaz!

Müəllif: Redaktor

Editor

444444-1024x684İqtisadiyyat üçün əsas problemlərdən biri də inhisarçılıqdır. Bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda deyib.

“Bu sahədə də əfsuslar olsun ki, biz ciddi nəticələrə nail ola bilməmişik. Həm istehsalda, həm də idxalda. Bilmirəm bu nə psixologiyadır – burada mən bu məhsulu istehsal edirəmsə, başqası gərək istehsal etməsin. Yaxşı, başqasına da imkan vermək lazımdır ki, rəqabət olsun. Rəqabət olmasa inkişaf da olmaz. Keyfiyyətli məhsullar da olmaz. Qoy, hər kəs istehsal etsin. Ola bilər, daxili bazar məhduddur, amma elə məhsullar istehsal edin ki, xaricə sata biləsiniz, dövlət də bunu təşviq etsin. Bizim gələcəkdə iqtisadiyyatımızın inkişafını təmin edən sahə ixrac olacaqdır. Mən dəfələrlə demişəm ki, biz buna hazırlaşırıq. İndi burada deyildi, biz xaricdə logistika mərkəzlərimizi istifadəyə veririk. Nə üçün?! Ona görə ki, məhsullarımız ora çıxsın. Burada isə kimsə nəyisə istehsal edirsə, qoymur başqası istehsal etsin. Və ya müxtəlif yollar ilə himayədarları cəlb edirlər bu işlərə. Bu hallara yol vermək olmaz. O cümlədən idxal ilə bağlı inhisarçılığa yol vermək olmaz. Biz açıq bazar iqtisadiyyatı siyasəti aparırıq. Bizim siyasətimiz, dövlət siyasəti, Prezidentin siyasəti budur. Ona görə, bütün qurumlar bu siyasəti aparmalıdırlar, vəssalam!”.

Qeyd edək ki, hələ bir neçə ay əvvəl AzPolitika.info Azərbaycanda idxalda inhisarçılığın ləğvinə hazırlıq getdiyi barədə məlumat yaymışdı. Prezidentin monopoliya problemi ilə bağlı belə açıq tənqidi çixiş etməsi siyasi iradənin mövcudluğundan xəbər verir. Bu çıxışdan sonra gömrükdə monopoliyanın əvvəlki qaydada davam etdirilməsi mümkün deyil.

Beləliklə, Azərbaycan iqtisadiyyatında inqilabi yeniliyə hazır olun!


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir