Prezident MTN-i niyə ləğv etdi? – Şərh

Müəllif: Baş Redaktor

Baş Redaktor

ilham56liyevƏrəstun Oruclu: “MTN-nin ləğv olunması son illər ora toplaşan yararsız kadrların kütləvi şəkildə oradan kənarlaşdırılmasına hüquqi baza yaradır”

Dekabrın 14-də Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin yaradılması haqqında Fərman imzalayıb

AZERTAC xəbər verir ki, Fərmana əsasən, hər iki qurum Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əsasında yaradılır.

Prezident İlham Əliyevin dekabrın 14-də imzaladığı sərəncamlara əsasən, Mədət Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Orxan Sultanov isə Xarici Kəşfiyyat Xidmətinin rəisi vəzifələrinə təyin edilib.

yenicag,az_erestun_orucluYenicag.az-a açıqlamasında Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, sabiq MTN işçisi Ərəstun Oruclu atılan addımı normal qarşıladı və bildirdi ki, burada məqsədlərdən biri də bu kimi qurumları son zamanlar ora toplaşmış yararsız kadrlardan təmizləməkdən ibarətdir: “Tamamilə normal addımdır. Müasir dövlətlərin əksəriyyətində onlar fərqli-fərqli xidmətlərdir. Çünki fəaliyyət dairələri fərqlidir, ayrı-ayrı sahələri əhatə edir. Biri dövlətin daxilində, digəri isə xaricdə onun təhlükəsizliyini təmin edir. Onların sahələri də müxtəlif olduğundan  fəaliyyət xarakterləri də müxtəlifdir. Baxmayaraq ki, hədəfləri eynidir, bu da Azərbaycan dövlətinin təhlükəsizliyindən ibarətdir. Digər bir tərəfdən, Milli Təhlükəsizlik Nazirliyinin ləğv olunması son illər ora toplanan yararsız kadrların kütləvi şəkildə oradan kənarlaşdırılmasına hüquqi baza yaradır. Yəni nazirlik ləğv olunursa, faktiki olaraq əməkdaşların hamısı işdən azad olunmuş sayılırlar”.

ELÇİN


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir