yenicag.az
yenicag.az

Prezident neftlə bağlı proqnoz verdi

Prezident neftlə bağlı proqnoz verdi

Müəllif: Redaktor

Editor

1452007978“Rəsmi Bakı neftin qiymətinin dəyişməsi ilə bağlı risk görmür. Belə ki, 2017-ci ilin büdcəsi 40 dollardan hesablanıb”.

Bu sözləri prezident İlham Əliyev “Ria Novosti” saytına verdiyi müsahibəsində deyib.

Dövlət başçısı hesab edir ki, 2017-ci ildə neftin qiyməti 40 dollardan aşağı düşməyəcək:

“Biz bu ilin büdcəsini barelli 25 dollar olmaqla hesablamışıq. Bununla da, 2016-nı profisitlə başa vurduq. Növbəti il 40 dollardan hesablayacağıq. Düşünürük ki, bundan aşağı düşməməlidir. Prinsipcə bizim üçün əlavə çətinliklər yaratmayacaq. Yeganə dövlət investisiya layihələrini azaltmalı olduq”.

Prezident qeyd edib ki, neft bazarı qiymətlərin 60-70 dollara yüksəlməsinə köklənib: “Bu, hər kəs üçün sərfəli olardı”.

İlham Əliyev, eyni zamanda Türkiyə tərəfindən Su-24 rus təyyarəsinin vurulması olayına münasibət bildirib və insidentin xarici qüvvələrin təxribatı ola biləcəyini də istisna etməyib:

“Hadisə baş verəndə ağlımıza ilk olaraq təxribatın istisna olmayacağı gəldi. Çünki bu, qəti olaraq Türkiyənin maraqlarında deyildi”.

Dövlət başçısı OPEK-lə digər neft hasil edən ölkələr arasında hasilatla bağlı razılaşmaya nəzarət mexanizminin yaradılmasını təklif edib: “Neft bazarının stabilləşməsində əsas faktor OPEK ölkələri ilə təşkilatın üzvü olmayan digər iri ölkələr arasında vahid siyasətlə bağlı razılaşma ola bilər. Biz hadisələrin inkişafını görürük, buna artıq yaxınlaşırlar. Hesab edirəm ki, bu, baş verməlidir. Bununla belə, bütün tərəflər səmimi, dürüst olmalı və qəbul edilən qərarlara əməl edilməsi üçün effektiv monitorinq mexanizmi yaradılmalıdır.

Biz birtərəfli qaydada bəyan edirik ki, digər istehsalçıların qərarını gözləmədən neft hasilatının artırmayacağıq”.

Gündəm, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti