Prezident ölüm hökmünü bərpa edəcək

Müəllif: Redaktor

Editor

16171Filippinin yeni seçilmiş prezidenti Rodrigo Duterte hüquq-mühafizə orqanlarına atəş açmaq hüququ verməyə və ölüm hökmünü qaytarmağa söz verib.

Bu, ölkənin yeni liderindən növbəti rezonans doğuran təşəbbüslərdir. Bundan əvvəl o, alkoqol və siqaret çəkilməsinə qadağa qoyulması, eləcə də uşaqlar üçün komendant saatı tətbiq edilməsi barədə danışıb. O, həmçinin, prezident sarayında xəstəxana yerləşdirməyə söz verib.

Filippin 2006-ci ildə ölüm hökmünü ləğv edib. Prezidentin təşəbbüsünə görə, hüquq-mühafizə orqanları mütəşəkkil cinayətkarlıqla bağlı və ya şəxsin həbsə müqavimət göstərdiyi halda atəş açmaq imkanı qazanacaqlar.

Duterte ölkənin cənubunda yerləşən Davao şəhərində mer işləyən zaman cinayətkarlıqla mübarizəyə görə “cəzalandıran” ləqəbi alıb.

Öz prezidentlik kampaniyası zamanı o, çox səs-küylü bəyanatlar verib. O, narkotika ticarətçilərini öldürərək cəsədlərini Manila buxtasına atmağa söz verib.
Yeni prezident ona da söz verib ki, özünü və güc qurumlarının əməkdaşlarını xidmət müddəti bitdikdən sonra təqibə imunitetlə təmin edəcək.

Duterte-nin Davaodakı fəaliyyəti zamanı mindən artıq cinayətkar hüquq-mühafizə orqanları tərəfindən öldürülüb. Hüquq-müdafiə təşkilatı Human Rights Watch isə onu “ölüm taborunun meri” adlandırıb.

Aprel ayında Duterte Davaodakı mer fəaliyyəti zamanı zorlanmış və öldürülmüş avstraliyalı xanım barəsində zarafat etməsini göstərən videoya görə qalmaqalın mərkəzində olub. O qeyd edib ki, qadın elə gözəl idi ki, “mer birinci olmalı idi.”
O, iyunun 30-da altı ilik prezidentlik müddəti üçün and içəcək.

* 1945-ci ildə siyasətçi ailəsində doğulsa da, bir çox Filippin siyasətçilərindən daha təvazökar keçmişə sahibdir.

* İki dəfə evli olub, lakin indi subaydır, deyir ki, bir neçə rəfiqəsi var.

* Vəkil olan Duterte 1986-cı ildən 1988-ci ilə qədər Davao şəhərinin vitse-meri olub. O, həmçinin, əvvəllər konqresdə yer alıb.

* Cinayətkarlıq, döyüşkənlik və korrupsiyaya qarşı mübarizəyə görə nüfuz qazanıb.

*Prezident kimi öz sərt mövqeyini davam etdirməyə söz verib, həmçinin, bir neçə konkret siyasət təklif edib.

*Hərarətli şərhləri ilə tanınır, belə ki, o, minlərlə cinayətkarı məhkəməsiz öldürəcəyini deyib (BBC).


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır