Prezident onları təltif etdi – Siyahı

Müəllif: Redaktor

Editor

462508_459393Prezident İlham Əliyev Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının 50 illik yubileyi münasibətilə, Azərbaycanda kitabxana işinin təşkili sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər:

Ağamirzəyeva Vəfa Əliağa qızı
Əhmədova Sevil Əliabas qızı
Qafarova Leyla Hacı Ağa qızı
Məmmədli Ruhiyyə Mikayıl qızı.

Eyni zamanda Prezident İlham Əliyev Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşlarına “Əməkdar mədəniyyət işçisi” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının 50 illik yubileyi münasibətilə, Azərbaycanda kitabxana işinin təşkili sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilib:

Dadaşova Zahirə Cabir qızı
Qəmbərova Şəhla Əliheydər qızı
Musazadə Rəfiqə Mirzə qızı
Tahirova Nazilə Rəhman qızı.


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir